Uşaqlarda erkən yaşda dəri səthində gözlə görünən şişlik və törəmələr nədir?
14.11.2022 15:38
Uşaqlarda erkən yaşda dəri səthində şişlik və törəmələr gördükdə, ilk olaraq, pediatra müraciət etmək lazımdır. Pediatrın məsləhəti ilə xəstə dermatoloqa və lazımi funksional, laborator müayinələrə yönləndirilir. Belə törəmələrin diaqnozunda ultrasəs müayinəsi əsasdır, lakin MRT müayinəsi də həlledici rol oynayır.
Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin məlumat verib.
Radioloq bildirib ki, bir çox şişlik və törəmələrin dəqiq diaqnozunu qoymaq üçün tipik patoqnomik və xarakterik görüntülənmə əlamətləri olur. Əgər hansısa törəmənin spesifik xoşxassəli əlamətləri yoxdursa, daha dəqiq və irəli müayinə metodlarına, biopsiyaya, cərrahın konsultasiyasına müraciət olunur.
Onun sözlərinə görə, törəmələrin çoxu xoşxassəlidir. Bunlara vaskulyar (damar mənşəli) anomaliyalar, dermoid kistalar, sebase kistaları və pilomatrikoma aiddir. Pilomatrikoma uşaqlarda tez-tez rast gəlinir. Sərt konsistensiyalı, mavi rəngdə olur. Tük follikullarının matriks hüceyrələrindən əmələ gələn xoşxassəli törəmədir. Ən çox baş-boyun nahiyəsində rast gəlinir. Bəzən bir neçə yerdə eyni vaxtda ola bilər. Dermoid kistalar isə doğulduqda, nadir hallarda 5 yaşa kimi əmələ gələ bilər. Baş-boyun nahiyəsində və periorbital sahədə (göz yuvasının üstündə) rast gəlinir. Orqanizmin dəri təbəqəsindən yaranır. Tərkibində tük follikulları və yağ vəziləri var.
Şəbnəm Topbaştekin əlavə edib ki, sebase kistaları - xalq arasında “yağ vəzisi“ deyilən bu dəri kistalarının tərkibində sebum adlanan (yağ vəzilərinin ifraz etdiyi, yağın xüsusiyyətlərinə sahib olan maddə) və kapsulla əhatə olunan dərialtı törəmədir. Nadir hallarda yetişkənlik dövründən əvvəl əmələ gəlir. Bu kistalar da baş-boyunda daha çox rast gəlinir, həmçinin əllə hiss olunur. Epidermis və trikemmal olmaqla iki növü var. Epidermis və ya ektoderm kistalar mərkəzində tünd rəngli xal olmaqla fərqlənir. Trikemmal kistaların xarici keratin ilə əhatə olunub.
Həkim qeyd edib ki, sebase kistaların infeksiyalaşma riski yüksəkdir. Normal hallarda ağrı olmur. Lakin, infeksiyalaşma olduqda böyüyüb diskomforta, ağrıya səbəb olur. Eyni zamanda, estetik cəhətdən pis görünür. Müalicəsi cərrahi yolladır, estetik tikişlə bağlanır və patoloji incələnməyə göndərilir.
Vaskulyar anomaliyaların da iki böyük qrupa (törəməşəkilli və damar malformasiyaları) ayrıldığını deyən Şəbnəm Topbaştekin törəməşəkilli vaskulyar anomaliyaların ən çox rast gəlinən növünün hemangioma olduğunu bildirib. Qeyd edib ki, hemangiomaların diaqnozu əsasən kliniki əlamətlərinə görə qoyulur. El arasında bunlara “qırmızı xal“ da deyilir. Hemangiomaların diaqnozunu qoymaq üçün çox vaxt əlavə müayinələrə ehtiyac olmur. Doğularkən və ya ən gec iki həftə - iki ay ərzində bu, özünü göstərir.
"Damar malformasiyaları isə uşaqlarda doğumdan rast gəlinən bir qrup damarların yumaqşəkilli quruluş almasıdır. Əksər uşaqlarda məktəb yaşına kimi yox olduğu halda, bəzilərində yaş artdıqca daha da nəzərə çarpır. Hemangiomadan fərqli olaraq malformasiya yavaş böyüyür və daha çox nəzərə çarpır. Bunlar dərinin səthində göy rəngdə olan, bəzən gözlə görünməyən damar patologiyalarıdır. İrəli yaşda damar malformasiyasının böyüklüyünü və digər dərin toxumalara uzanmasını daha dəqiq təyin etmək ümün MRT istifadə olunur. Dəri səthində olan malformasiyalar cərrahi üsulla çıxarıla bilər. Ancaq daha böyük olub əzələ və digər orqanlara yayılmış olanlar damar yolundan müalicə olunur. Belə müalicə ya qasıqdan kateter ya da bilavasitə malformasiyaya iynə ilə dərman yeridilərək, büzüşdürülür" - Şəbnəm Topbaştekin bildirib.
Bu bölməyə aid digər xəbərlər
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
26.10.2026 | 12:38
Yeni müalicə üsulu xroniki qulaq küyünün azalmasına kömək edir
26.10.2026 | 07:48
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
25.10.2026 | 09:42
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Anus kənarında qəfil yaranan ağrılı düyün trombozlaşmış hemorroyun əlaməti ola bilər
24.10.2026 | 11:36
2-ci tip diabet qaraciyər sağlamlığına necə təsir edir?
24.10.2026 | 10:32
Anadangəlmə ürək qüsurlarının erkən aşkarlanması həyati əhəmiyyət daşıyır
24.10.2026 | 08:26
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

