Mərkəzi Gömrük Hospitalının pediatrı “Yenidoğulmuşa nəfəs almağa yardım etmə” simpoziumunda iştirak edib
14.11.2022 12:27

Mərkəzi Gömrük Hospitalının pediatrı Təranə Göyüşova Şimali Kipr Respublikasının Lefkoşa şəhərində İstanbul Sağlık Bilimleri İnstitutunun təşkilatçılığı ilə keçirilən “Yenidoğulmuşa nəfəs almağa yardım etmə” simpoziumunda iştirak edib.

 

Aztibb.az xəbər verir ki, müxtəlif ölkələrin pediatriya sahəsində çalışan aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən simpoziumda uşaq sağlamlığında əsas məsələlərə və problemlərə dair sessiyalar, panellər, ekspertlərlə məsləhət sessiyaları, həmçinin şifahi və poster təqdimatları keçirilib.

 

Həmçinin, uşaqlarda sıx görülən viral və bakterial infeksiyalar, müasir dövrdə yanaşma, antibiotiklərin düzgün istifadəsi, pandemiya dövründə uşaqlarda vaksinasiya proqramının həyata keçirilməsi yolları və digər mövzularda geniş müzakirələr aparılıb. Simpozium çərçivəsində Amerika Pediatriya Akademiyası tərəfindən “Yenidoğulmuşların ilkin reanimasiya proqramı” mövzusunda təlim kursu keçirilib.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub