Göz sağlamlığı üçün ən yaxşı qida məhsullarından biri - BALQABAQ
13.11.2022 15:42

Yaşlandıqca, görmə qabiliyyətinin azalması və itirilməsi riski artdıqda göz sağlamlığını qoruyub saxlamaq daha vacibdir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, oftalmoloq və göz cərrahı Alaster Lokvud müsahibəsində balqabağın faydaları haqqında məlumat verib: yazıda mütəxəssis balqabağın tərkibində həm ümumi sağlamlığa, həm də görmə qabiliyyətinə fayda verə biləcək vitamin və mineralların olduğundan bəhs edib.

 

Oftalmoloq izah edib ki, C vitamini sarı ləkənin yaşla bağlı degenerasiyasının inkişafını yavaşladır, kataraktanın inkişaf riskini azaldır. A vitamini buynuz təbəqəni möhkəmlədir, gecə vaxtı görmə qabiliyyətini yaxşılaşdırır, sink isə gözü qoruyan melaninin əmələ gəlməsi üçün A vitaminini qaraciyərdən tor qişaya çatdırmağa kömək edir.

 

Bundan başqa, balqabağın tərkibində antioksidantlar lutein və zeaksantin var. Həkimin sözlərinə görə, bu maddələr yüksək enerjiyə malik işiğı filtrdən keçirərək, gözləri müdafiə edirlər. Həmçinin onlar qəbul edildikdə katarakta ehtimalı azalır.

 

“Lutein və zeaksantin qida məhsullarına sarı və ya narıncı rəng verən karotinoid piqmentlərdir. Karotin və vitaminlərlə yanaşı balqabaqda dəmir və fol turşusu da var ki, onlar immun sistemi möhkəmlədir və yaraların sağalma prosesini sürətləndirir”, - deyə oftalmoloq əlavə edib.

 

O, eləcə də, qeyd edib ki, balqabaq qan təzyiqini aşağı salmağa kömək edən və çəkinin azalmasına imkan yaradan lif və kaliumla da zəngindir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub