“İmmunlaşdırma proqramında Avropadakı bütün beynəlxalq standartlar tətbiq olunur” - Millət vəkili
27.09.2020 12:39

“Hər beş ildən bir təsdiq olunan tədbirlər planı çərçivəsində, peyvənd təqviminə uyğun olaraq, dövlət hesabına bu gün bizim peyvənd təqvimizdə 11 xəstəliyə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir”

 

Aztibb.az bildirir ki, bunu millət vəkili Soltan Məmmədov Azərbaycanda immunlaşdırma proqramı çərçivəsində beynəlxalq standartların tətbiq olunması ilə bağlı danışarkən deyib.

 

S.Məmmədov qeyd edib ki, Azərbaycanda immunlaşdırma proqramında Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur:

 

“Yoluxucu xəstəliklərin immunoprofilaktikası proqramı çərçivəsində, peyvənd təqviminə uyğun olaraq, həyata keçirilən peyvəndlərlə yanaşı, bir sıra xəstəliklərin könüllü olaraq əhali tərəfindən peyvənd keçirilməsi istiqamətində hər il Azərbaycanda müxtəlif layihələr həyata keçirilir".


Millət vəkilinin sözlərinə görə, xüsusilə payız fəslində bir sıra risk qruplarından olan pasiyentlər arasında fəsil qripinə qarşı peyvəndlər həyata keçirilir:


“Bu, insanların tənəffüs orqanları xəstəliklərindən müdafiə olunmasına xidmət edir. Bu il bütün dünya üçün problem olan pandemiya dövründə fəsil qripinə qarşı peyvənd tədbirlərinin həyata keçirilməsi həm immunoprofilaktika proqramı çərçivəsində görülən tədbirlər üçün, həm də bu gün Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlərə böyük dəstək olacaq”.

 

S.Məmmədov sonda qeyd edib ki, bu günə qədər Azərbaycanda çox uğurla həyata keçirilən peyvənd proqramı çərçivəsində istifadə olunan peyvəndlər mütləq qaydada Ümumdünya Səhiyyə Təşkilatının qeydiyyatından keçib və bütün standartlarına cavab verir.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır