Şəkidə köhnə doğum evinin ərazisindən körpə uşaq sümükləri aşkarlanıb
11.11.2022 12:25

Şəki şəhər “Yuxarı Baş” Milli Tarix- Memarlıq qoruğu ərazisində yerləşən, hazırda “şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi abidədə Dövlət Turizm Agentliyi tərəfindən aparılan bərpa-quruculuq işləri zamanı binanın daxilində beton döşəmə təmir edilərkən 80-120 sm dərinlikdə azyaşlı insanlara aid skeletlər aşkar edilib.

 

Bu barədə Aztibb.az-a AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, daxil olan məlumat əsasında institutun əməkdaşları həmin bölgəyə ezam olunub. İlkin baxış zamanı ərazinin GPS koordinatları 411215N – 47 1146 E götürülüb.

 

Sonra binanın ətrafında qazılmış yerlərə baxış keçirilib. Ətrafda heç bir maddi mədəniyyət nümunələrinə rast gəlinməyib. Bir iki yerdə saxsıdan hazırlanmış su tüngləri aşkarlanıb. Binanın şimal - qərb hissəsində, çöl tərəfdən divarın altından arka tipli çıxış qeydə alınıb: “Buradan qərb tərəfdə yerləşən beton hovuza çıxış var. Hovuzun kənarında olan quyunun içərisi çirkab suları ilə dolu olub. Hovuzla bina daxilində olan arka tipli çıxış bir birilə əlaqəlidir. Döşəmədə hər tərəfdən iri dairəvi dəliklər vardır. Ehtimal olunur ki, burada meyitləri yuyarkən su hovuza axıdılıb. Döşəmə sökülərkən betonun alt hissəsində kül qatı və yanmış insan sümükləri aşkarlanıb. Qazıntı sahəsindən iki ədəd tibbi əlcək, iki ədəd daraq aşkarlanıb. İnsan qalıqları əsasən körpə uşağa aid sümüklərdən ibarətdir. Belə görünür ki, burada həmçinin kremasiya (ölüyandırma) işləri də aparılıb. Bu yerin yaxın zamanlaradək doğum evi olduğu söylənilir. Ehtimal olunur ki, doğuş vaxtı və ya bir müddət sonra xəstəlikdən, digər səbəblərdən tələf olan uşaqlar burada yuyulub dəfn olunublar”.

 

Dövlət Turizm Agentliyinin əməkdaşları ilə birlikdə yerli əhali ilə söhbət apararkən məlum oldu ki, bina uzun müddət – sovetlər dövründə “ölüxana” kimi fəaliyyət göstərib. Hal hazırda ərazidən aşkar edilən skeletlər kriminoloqlar tərəfindən tədqiq olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır