Cəlilabadda Regional Mərkəzi Laboratoriya fəaliyyətə başlayıb
11.11.2022 10:54

TƏBİB-in “Laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində 4-cü səviyyəli mərkəzləşdirilmiş regional tibbi laboratoriyalar yaradılıb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, regionda ilk dəfə yaradılan tam avtomatlaşdırılmış Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində həm Cəlilabad rayonunun, həm də Cəlilabad-Salyan Tibbi Ərazi Bölməsinə (TƏB) daxil olan rayonların əhalisinə xidmət göstəriləcək.

 

Qeyd edək ki, TƏB-ə daxil olan Salyan, Neftçala və Biləsuvar rayonlarında yenidən təşkil olunan 3-cü səviyyəli laboratoriyalarda bütün rutin analizlər, regional laboratoriyada isə daha yüksək texnologiya tələb edən analizlər icra olunur. TƏB daxilində pasiyentlərin analiz üçün verdiyi qan və digər nümunələrin mərkəzləşmiş qaydada transportu standartlara uyğun təmin edilib.

 

Beləliklə, pasiyentlər yaşadıqları rayondan kənara çıxmadan bütün növ analizləri verə, yerində və yaxud onlayn qaydada nəticələrini əldə edə biləcəklər.


Regional Mərkəzi Laboratoriyanın fəaliyyətə başlamasına həsr olunmuş elmi-praktik konfransda TƏBİB işçi qrupunun mütəxəssisləri tərəfindən “Xəstəliklərin diaqnostikasında tibbi laboratoriyaların əhəmiyyəti”, “Laborator analizlərin istək olunması, xəstələrin analiz öncəsi hazırlığı” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (KLMİB) dəstəyi ilə təlimlərin müalicə həkimləri, orta və kiçik tibbi personal üçün mütəmadi keçiriləcəyi bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır