Gəncədə kişi həyat yoldaşını bıçaqla gözündən vurub, sonra intihar edib
11.11.2022 10:00

Gəncənin Vaqif küçəsində qadın həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb.

 

Aztibb.az-ın xəbərinə görə, 1965-ci il təvəllüdlü Səttar Cəlilov həyat yoldaşı, 1982-ci il təvəllüdlü Hüsniyə Quliyevanın bədəninə və gözlərinə bıçaq xəsarətləri yetirib. Hüsniyə Quliyeva xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

 

Xəstəxanadan bildirilib ki, qadının gözünün biri bu gün amputasiya ediləcək. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Hadisədən sonra Səttar Cəlilov özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar edib.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır