Nurlana Zeynalova: "Yeni patronaj modelinin ölkənin bütün tibb müəssisələrində həyata keçirilməsi nəzərdə tutulur"
10.11.2022 11:32
“Patronaj xidməti ilkin səhiyyə strukturunun mühüm hissəsidir. Əhaliyə ev ziyarətləri zamanı göstərilən tibbi xidmətlər, ilkin səhiyyə keyfiyyətinin yüksəlməsi istiqamətində görülən vacib işlərdəndir. Bu xidmətlər erkən yaşlı uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılması, xəstəliklərin, sosial problemlərin erkən aşkarlanması və müvafiq yardımın göstərilməsi nəticəsində xəstələnmə, fəsadlaşma və ölüm hallarının azaldılması məqsədini daşıyır".
 
Aztibb.az xəbər verir ki, bu barədə Gəncə şəhərində yerləşən Cavadxan Ailə Sağlamlıq Mərkəzinin (ASM) şöbə müdiri Nurlana Zeynalova məlumat verib.
 
Həkim bildirib ki, patronaj xidməti ilkin səhiyyə mərhələsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.
 
Onun sözlərinə görə, Azərbaycan Höküməti və UNİCEF tərəfindən 2021-2025-ci illərdə əməkdaşlıq çərçivəsində yeni Ölkə Proqram Sənədində ana və uşaqlara xidmətlərin ümumi gücləndirilməsi çərçivəsində yeni patronaj xidmətlərinin tətbiqinə başlanılmışdır.
 
"UNİCEF, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB arasında tərəfdaşlıq çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda “Patronaj Xidmətlərinin Gücləndirilməsi” layihəsi həyata keçirilib. Lahiyə nəticələri əsasında “Hamilə qadınlar və erkən yaşlı uşaqlara dair universal proqressiv xidmət modelinin tətbiqinin “ strateji istiqamətləri üzrə təlimat hazırlanıb", - deyə Nurlana Zeynalova qeyd edib.
 
Şöbə müdiri yeni patronaj modelinin regionları mərhələ-mərhələ əhatə etməklə ölkənin bütün tibb müəssisələrində həyata keçiriləcəyini diqqətə çatdırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır