Qəhrəman tibb işçilərimizi tanıyaq! - İbrahim Haqverdiyev
09.11.2022 16:42

2020-ci ilin 27 sentyabrı xalqımızın yaddaşında böyük Qələbəyə aparan yolun başlanğıc tarixi kimi qalacaq. 44 gün davam edən savaşda iştirak edən qəhrəmanlarımızdan biri də Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ümumi şöbənin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi İbrahim Haqverdiyevdir.

 

İbrahim Səxavət oğlu Haqverdiyev 6 avqust 1994-cü ildə Saatlı rayonunda anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Qərbi Kaspi Universitetində "politologiya" ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2019-cu illərdə Türkiyə Cümhuriyyətinin Hacəttəpə Universitetində "dövlət idarəçiliyi" ixtisası üzrə magistratura oxuyub.

 

İbrahim Haqverdiyev 2019-2021-ci illərdə hərbi xidmətə olub. Vətən uğrunda gedən II Qarabağ müharibəsində iştirak edib. Müharibə zamanı göstərdiyi qəhrəmanlıq və igidlik, nümunəvi və nizam-intizamlı davranışı döyüş yoldaşları və komandanlıq tərəfindən müsbət qarşılanıb.

 

O, müharibə zamanı göstərdiyi şücaətlərə görə "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır