Həkimlərimizi tanıyaq! - Neonotoloq Nazilə Eyvazova
09.11.2022 09:31

"Həkimlərimizi tanıyaq!" rubrikamızda oxuculara Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya-Doğum şöbəsinin Yenidoğulmuşların İntensiv Terapiya bölməsinin həkim-neonotoloqu Nazilə Eyvazovanı təqdim edirik.

 

Nazilə Nurəddin qızı Eyvazova 3 noyabr 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1976-1982-ci illərdə Bakı Şəhər N.Nərimanov adına Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 1982-1983-cü illərdə Bakı Şəhər 3 saylı Uşaq Xəstəxanasında internatura keçib.

 

O, 1983-cü ildə Mingəçevir Şəhər Ana və Uşaq MSM-nın Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1988-ci il yanvar-fevral aylarında Ukrayna Respublikasının Xarkov şəhər Uşaq Xəstəxanasında neonotologiya üzrə kurs keçib.

 

Nazilə Eyvazova 1988-2005-ci illərdə Ağdam rayon Uşaq Xəstəxanasında həkim-pediatr işləyib. 2005-ci ildə Mingəçevir ŞMX-nın 2 saylı Poliklinikasında sahə-həkimi, 2017-ci ildən isə Ginekologiya-Doğum şöbəsinin Yenidoğulmuşların İntensiv Terapiya bölməsində həkim-neonotoloq vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır