Qəhrəman tibb işçilərimizi tanıyaq! 
05.11.2022 16:19

Vətən müharibəsində iştirak etmiş tibb işçilərindən biri də Saatlı Rayon Mərkəzi Xəstəxanasının Məzrəli həkim məntəqəsinin müdiri Azər Abbasovdur.

 

Azər Əlihüseyin oğlu Abbasov 1971-ci ildə İmişli rayon Mirili kəndində anadan olub. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə-profilaktika fakültəsində Müalicə işi ixtisası üzrə təhsil alıb.

 

O, 1996-2001-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında tibb xidməti leytenantı, daha sonra isə baş-leytenant hərbi rütbəsi ilə xidmətdə olub. 2003-cü ildə Saatlı RMX-nın Məzrəli həkim məntəqəsinin müdiri vəzifəsində işləyib. 2004-2008-ci illərdə İmişli MKT-Araz futbol klubunun həkimi kimi fəaliyyət göstərib. 2008-2021-ci illərdə Saatlı RMX-nın Məzrəli həkim məntəqəsinin müdiri olub.

 

Azər Abbasov 2020-ci il sentyabrın 22-si Vətən müharibəsinə yollanıb. Hərbi hissədə xidmətdə olarkən Ağdam-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə zamanı göstərdiyi şücaətlərə görə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

 

Hazırda o, Saatlı Rayon Mərkəzi Xəstəxanasının Məzrəli həkim məntəqəsinin müdiri vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır