Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında çalışan şəhid ailələri ilə görüş keçirilib
04.11.2022 23:51

Bu gün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında çalışan şəhid ailələri ilə görüş keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Xəstəxananın direktoru Əbdülqədir Sultanov Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıb.

 

Direktor tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini, dövlətimizin və xalqımızın Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsini hər zaman uca tutduğunu vurğulayıb.

 

Mingəçevir şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri, həkim Allahverdi Alıyev və xəstəxananın baş həkimi Ülfət Qurbanov Zəfər bayramı ərəfəsində keçirilən görüşün əhəmiyyətini qeyd ediblər. Çıxış edənlər tarixə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlıqlarını bildiriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır