Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası Zəfər Günü münasibətilə tədbir keçirib
04.11.2022 18:00

Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası tərəfindən 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

 

Yığıncağı Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov açaraq Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan danışıb, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.

 

Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Gəncə şəhər səhiyyə müəssisələrində və Tibb Kollecində çalışan şəhid ailə üzlərinə, müharibə veteranları, iştirakçıları və əlillərinə, ümumilikdə 75 nəfərə hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, Zəfər Günü ilə əlaqədar Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşkilatçılığı ilə Şuranın vəsaiti hesabına 11-13 noyabr tarixlərində Gəncə şəhər səhiyyə müəssisələrində və Tibb Kollecində çalışan şəhid ailə üzləri, müharibə veteranları, iştirakçıları və onların ailə üzvləri “Şəfa Qusar” istirahət mərkəzinə göndəriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır