Saatlı Rayon Mərkəzi Xəstəxanasının Vətən müharibəsində payı olan əməkdaşı - Elşən Həziyev
03.11.2022 14:44
Saatlı Rayon Mərkəzi Xəstəxanasının Vətən müharibəsində iştirak etmiş əməkdaşlarından biri də Elşən Həziyevdir.
 
Elşən İnsafəli oğlu Həziyev 15 dekabr 1991-ci ildə Saatlı rayonunun Mollavaizli kəndində anadan olub. 2007-2010-cu illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində oxuyub.
 
O, 21 sentyabr 2020-ci ildə Vətən uğrunda II Qarabağ müharibəsinə yollanıb. Müharibə zamanı göstərdiyi qəhrəmanlıq və igidlik döyüş yoldaşları və komandanlıq tərəfindən müsbət qarşılanıb. Elşən Həziyev döyüş meydanında bir neçə dəfə yaralanmağına baxmayaraq yenə də döyüş meydanını tərk etməyib. Xocavənd istiqamətində gedən amansız döyüşlərdə yaralanıb.
 
Müharibə zamanı göstərdiyi şücaətlərə görə Elşən Həziyev "Fizulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
 
Hazırda Saatlı Rayon Mərkəzi Xəstəxanasının Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsinin mühafizəçisi vəzifəsində çalışır.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər