Kardioloji xəstəxananın rəhbəri Fəxrəddin Namazovun 70 illik yubileyi qeyd edilib
02.11.2022 12:07
Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Kardioloji xəstəxananın rəhbəri Fəxrəddin Namazovun 70 yaşı tamam olub.
 
Aztibb.az-ın məlumatına görə, bu münasibətlə xəstəxanada tədbir keçirilib.
 
Yığıncaqda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov yubilyarın məhsuldar fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən bəhs edib. O, Fəxrəddin Namazovun ölkəmizin səhiyyə sistemi üçün hər zaman ürəkdən çalışdığını, quruculuq işlərində mühüm addımlar atdığını bildirib, yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Fəxrəddin Namazova 70 illik yubileyi və fəaliyyətində göstərdiyi xidmətlərə görə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən Təşəkkürnamə təqdim olunub.
 
Qeyd edək ki, Fəxrəddin Namaz oğlu Namazov 2 noyabr 1952-ci ildə Samuxda anadan olub. Ali təhsilini 1971-1977-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Universiteti bitirdikdən sonra fəaliyyətini Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasında (1978-1984), Ümumittifaq Kardiologiya Elmi Tədqiqat İnstitutunda (1984-1986), A. Səhhət adına şəhər xəstəxanasında (1986-1987), 2 saylı şəhər poliklinikasında (1987-1988), Tibbi Bədən dispanserində (1988), A. Səhhət adına xəstəxanada (1988-1989), Gəncə şəhər Rayonlararası Kardiologiya İnstitutunda (1989-1992) həkim kardioloq kimi davam etdirib. O, 1992-1993-cü illərdə Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. Artıq uzun illərdir ki, Kardioloji xəstəxananın rəhbəridir. Bir sıra yerli və beynəlxalq kardioloji təlim və konqreslərdə iştirak edən Fəxrəddin Namazov Kardiologiya Cəmiyyətinin üzvüdür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır