Apiterapiya təbii müalicə üsullarından biridir
25.09.2020 23:12

Qədim dövrlərdən etibarən unikal xassələrə malik olan bal və arı zəhərindən bir sıra xəstəliklərin müalicəsi zamanı istifadə edilib.

 

Ona görə də alimlər arı məhsullarının kimyəvi tərkibini öyrəniblər, beləliklə apiterapiyada geniş imkanlar açılıb.

 

Elmi cəhətdən müalicə metodu olan apiterapiya istifadə üçün müəyyən edilmiş yüksək göstəricilərə malikdir.

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə məlumat verərək deyib: “Apiterapiya alternativ tibb və ya təbii üsullardan biridir. Apiterapiya, yəni arı və arı məhsulları ilə müalicə deməkdir. Bal, propolis, mum güvəsi, çiçək tozu, güləm, arı südü, arının ölüsü (xitozan) və s. arı məhsulları sayılır. Arının zəhərindən, arı yeşiyinin havasından tutmuş arının ölüsünə qədər hər şey müalicə vasitəsi kimi tətbiq olunur”.

 

Bal ən məşhur arı məhsuludur, ondan müntəzəm istifadə sinir sistemini sakitləşdirir, orqanizmə güc verir və həzm sisteminin işinə faydalı təsir göstərir. Həkim-fitoterapevt qeyd edib ki, balın müxtəlif növləri və hər növün özəlliyi var. Arılar propolisi çiçək tozunun tumurcuqlarından yığır və yuvalarının ətrafına döşəyərək özlərini bakteriyalardan qoruyurlar. Bu, onu göstərir ki, həmin məhsuldan antibakterial vasitə kimi istifadə etmək olar.

Apiterapiya üsulları ilə şəfa tapan xəstələrin sayı ildən-ilə artır. Son vaxtlar tibb elmi apiterapiya vasitəsilə öhdəsindən gəlməyin mümkün olduğu bir sıra xəstəlikləri müəyyən edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub