Böyrək daşlarını əritməyə kömək edən bitki - Reyhan
25.09.2020 20:26

Minilliklər boyu reyhandan xalq təbabətində istifadə edilib. Çoxları belə hesab edir ki, müqəddəs reyhanın yarpaqları toksinləri orqanizmdən səmərəli şəkildə çıxarma gücünə malikdir.

Aztibb.az medikforum.ru resursuna istinadla xəbər verir ki, bu bitkinin çox mühüm müalicəvi xassəsi var – o, böyrəklərin işini yaxşılaşdırır.

Reyhan böyrəklərdə daş yaranması riskini azaldır. O, sidik turşusunun səviyyəsini azaltmağa, qan dövranını təmizləməyə kömək edir. Hindistanlı tədqiqatçıların fikrincə, reyhan böyrəklərdəki daşları təmizləyə bilər, çünki o, kalsium oksalat kristallarının yaranması prosesini dayandıra bilir.

Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə reyhanı yeməklərə qatırlar.

Reyhandan stresi aradan qaldıran çay dəmləmək olar. Bunun üçün bir fincan çaya bir neçə quru reyhan yarpağı və ya reyhanın qurudulmuş yarpaqlarının bir çay qaşığı qədər tozunu əlavə edin və 5-6 dəqiqə dəmlədikdən sonra için.

Reyhanın daha bir faydalı xassəsi ondan ibarətdir ki, onun yarpaqlarında bakteriyaların inkişafını dayandıra bilən birləşmələr var. Buna görə ağız boşluğuna qulluq etmək üçün ondan istifadə etmək məsləhətdir. Reyhan yarpağının tərkibindəki mikrobları öldürən maddələr dişlərin kariyesini və ağız boşluğunda xoşagəlməz qoxunu aradan götürməyə kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub