“İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda vebinar keçirilib  
25.09.2020 20:15

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda vebinar keçirib.

Aztibb.az xəbər verir ki, vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, dosent Rəsmiyyə Abdullayeva giriş sözü ilə çıxış edərək icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib.

 

Sonra dosent Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçı Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda çıxış ediblər. Məruzəçilər icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı sualları da cavablandırıblar.

 

Vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir Dövlət Universiteti və s.) tələbə və müəllimləri, KİV-lərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır