Tovuzda inklüziv veloyürüş həyata keçirilib
31.10.2022 09:55

Əsas məqsədi sağlamlıq imkanları məhdud olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhfə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarət olan “Biz Birik - İnklüziv və sağlam həyat” layihəsinin davamı olaraq “Tovuz – Gənclər Paytaxtı 2022” çərçivəsində Tovuz rayonun mərkəzində inklüziv veloyürüş həyata keçirilib.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyini təşkilatçılığı ilə baş tutan yürüşdə bir qismi vətən müharibəsi qazisi və ümumi səbəblərdən sağlamlıq imkanları məhdud olan 40-dan çox gənc iştirak edib.

 

Finiş nöqtəsində yürüş iştirakçılarını qarşılayan Tovuz Olimpiya İdman Kompleksində fəaliyyət göstərən idmançılar daha sonra öz çıxışlarını təqdim ediblər.

 

Sonra oktyabrın 26-27-də nəzəri və praktiki hissədən ibarət olan təlimdə iştirak etmiş iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır