Pandemiya dövrünün tələblərinə əməl etməyən 128 mehmanxana aşkarlanıb  
25.09.2020 17:53

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət monitorinq qrupu tərəfindən mehmanxanalarda yoxlama nəzarət tədbirləri davam etdirilir.

 

AQTA-dan Aztibb.az-a bildirilib ki, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 21-24 sentyabr 2020-ci il tarixlərində xüsusi monitorinq qrupları tərəfindən 148 mehmanxanada reydlər keçirilib. Aparılan yoxlamalar zamanı ümumilikdə 128 obyektdə epidemiya əleyhinə, habelə COVID-19-un profilaktikasına dair zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib. Fəaliyyətində nöqsanlar aşkarlanmış mehmanxanalarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

 

Həmçinin mehmanxana sahiblərinə və orada çalışan işçi heyətə koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili ilə bağlı zəruri tələblər və qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

 

Qeyd edək ki, aidiyyəti dövlət qurumları ilə birlikdə təşkil olunan monitorinq qrupları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır