Kafe-restoranlar yenidən bağlana bilər
25.09.2020 17:40

“Pandemiya dövründə karantin müddətində tətbiq edilən cərimələrdən sonra yoluxma dinamikası azalıb”.

 

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov “Facebook” səhifəsindəki “Təhlükəsiz qida” onlayn verilişində bildirib.

 

“Pandemiya dövründə karantin müddətində tətbiq edilən cərimələrin effekti ilə bağlı dünya praktikası ətraflı təhlil olunub. Böyük Britaniyada inzibati cərimələrin tətbiqindən sonra və cərimələrin tətbiqindən əvvəlki dövrlərdə yoluxma halları ilə bağlı müqayisələr aparılıb. Məlum olub ki, inzibati cərimələrin tətbiqindən sonra yoluxma dinamikası 40-60 faiz azalıb. Ölkəmizdə də oxşar dinamika müşahidə olunur. Əvvəllər bu rəqəmlər 13-15 faiz ətrafında idisə, hazırda bu rəqəmlərdə xeyli azalma müşahidə olunur”.

 

E. Mikayılov, həmçinin ictimai iaşə obyektlərinin yenidən bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib. O, qeyd edib ki, əgər koronavirusa yoluxma sayı kəskin artarsa, idarəolunmaz səviyyəyə çatarsa, sağalma sayını kəskin üstələyərsə, bu zaman müəyyən məhdudlaşmaların tətbiqi gözlənilə bilər: “Artıq bütün dünya ölkələri kimi, Azərbaycan da virusla mübarizədə yeni təcrübələr əldə edib. Yeni təcrübələr də əsas verir ki, daha az məhdudlaşmaya getməklə tənzimləmə mümkün olsun”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır