Toyların keçirilməsinə icazə verilərsə, qaydalar necə olacaq? 
25.09.2020 17:12

Toylara icazə verilsə bu, ən yüksək riski olan sahələrdən biri olacaq. Çünki eyni anda bir məkana çox sayda adam yığışacaq.

 

Aztibb.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

 

Onuin sözlərinə görə, toyların keçirilməsinə icazə verildiyi halda pandemiya dövründə şadlıq saraylarının fəaliyyətinin necə təşkil olunması ilə bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək və nəzarət tədbirləri həyata keçiriləcək.

 

E.Mikayılov qeyd edib ki, toylar şadlıq saraylarında təşkil olunduğuna görə onlar da ictimai iaşə obyektinin bir növü sayılır və bu səbəbdən AQTA tərəfindən onlara nəzarət edilir:


”Əksər şadlıq saraylarının restoran fəaliyyəti var, yəni vətəndaşlara restoran kimi də xidmət göstərirlər. Kafesi, restoranı olan şadlıq sarayları artıq nəzarətin mahiyyəti və nəzarət olunan məsələlərlə yaxından tanışdır. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Bununla bağlı metodiki təlimatlarımız da var, dövrü olaraq şadlıq sarayları ilə də görüşlər təşkil olunur”.

 

AQTA rəsmisi əlavə edib ki, toyların keçirilməsinə icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən metodiki təlimatlar üzrə və Nazirlər Kabinetinin müvafiq qərarları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır