Açıq havada toy və yas mərasimlərinin təşkilinə icazə verilməməsinin SƏBƏBİ    
25.09.2020 17:11

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıq havada toy və yas mərasimlərinin təşkilinə icazənin verilməməsinin səbəbini açıqlayıb.

 

Aztibb.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib ki, hazırda açıq, həm də qaplı məkanlarda olan obyektlərdəki insanların sayı ilə bağlı məhdudiyyətlər var: “Kütləvi tədbirlərin təşkili qadağandır. Bir yerdə 10 nəfərdən çox insanın toplanması qadağası qüvvədədir. Bu, o deməkdir ki, bu tələb açıq məkanlarda ictiami iaşə obyektlərinə də şamil edilir. Açıq məkanlarda ona görə toy və yas mərasimlərinin təşkilinə icazə verilmir ki, qohumlar və tanışlar bu mərasimlərə gələrkən birbaşa masa arxasında əyləşib çay və qida qəbul etməklə məşğul olmurlar. Onlar tez-tez bir-biri ilə görüşürlər”.

 
Sədr müşavirinin sözlərinə görə, adətən, yas və toy mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş yeri kimi qiymətləndirilir: “Bu, o deməkdir ki, onlarla, yüzlərlə insan bir-biri ilə təmasda olarkən yoluxma riskini çox artıracaq. Bu, çox təhlükəli hal ola bilər. Amma eyni masa arxasında bir-birini tanımayan insanlar oturduqda belə risk baş vermir. Bütün bunlar onu deməyə əsas verir ki, qeyd olunan məsələlərə epidemik risk aşağı düşdüyü halda baxılsın. Amma bugünkü vəziyyətin, qərarın əsas arqumenti ondan ibarətdir ki, kütləvi şəkildə toplaşma kütləvi şəkildə ünsiyyət və yoluxma deməkdir”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır