“Əhalinin sağlamlığının qorunmasının hüquqi aspektləri” mövzusunda tədbir keçirilib
26.10.2022 20:09

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Əhalinin sağlamlığının qorunmasının hüquqi aspektləri” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsumova və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) köməkçisi Rəşid Talıbov çıxış edərək, muxtar respublikada əhalinin sağlamlığının qorunması və sağlamlıq hüququnun müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barədə danışıblar.

 

Sonra Müvəkkil aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vahidə Bayramovanın “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) – məhkəmədənkənar müdafiə mexanizmi kimi” mövzusunda çıxışı dinlənilib. Qeyd olunub ki, bu gün muxtar respublikada səmərəli hüquq müdafiə mexanizmi kimi formalaşan, dövlət orqanları ilə əhali, habelə vətəndaş cəmiyyəti institutları arasında “körpü” rolunu oynayan müvəkkil təsisatı aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərərək insan hüquq və azadlıqlarının hərtərəfli təmin edilməsini və etibarlı müdafiəsini daim diqqət mərkəzində saxlayır.

 

“Əhalinin sağlamlığının qorunması və qanunvericiliyin tələbləri” mövzusunda çıxış edən müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov əhalinin sağlamlığının qorunması hüququnun beynəlxalq və regional sənədlərdə, həmçinin milli qanunvericiliyimizdə təsbit olunduğunu qeyd edib, bu sahədə insan və vətəndaş hüquqlarına dövlət təminatı, sağlamlığa vurulmuş zərərə görə tibb işçilərinin məsuliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

 

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sektor müdiri Kəmalə Həsənovanın “Son illərdə səhiyyədə olan yeniliklər” və Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimovun “İcbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu” mövzularında çıxışları dinlənilib.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır