Tovuz rayonunda yerləşən tibb məntəqəsi və Ailə Sağlamlıq Mərkəzi təmir olunub  
25.10.2022 13:50

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən tibb məntəqəsi və Əsrik Cırdaxan kəndinin Ailə Sağlamlıq Mərkəzi əsaslı təmir olunduqdan sonra istifadəyə verilib.

 

Aztibb.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, hər iki tibb məntəqəsinin yenidən istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, TƏBİB-in Qərb regionu üzrə koordinatoru İmran Qurbanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Səhiyyə deleqatı Oscar Danilo Garcia Linarte və Komitənin Səhiyyə koordinatoru Apollo Kinyokie Barassa iştirak ediblər.

 

Qonaqlara məntəqələrdə aparılan təmir işlərinin ümumi gedişi, yeni yaradılan şərait və tibb otaqları barədə ətraflı məlumat verilib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub