COVID-19 gizli vərəmi aşkara çıxara bilər
25.09.2020 14:28

Son tədqiqatlar vərəmin yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə əlaqəsinin olduğunu göstərib. Xüsusilə gizli vərəmi olan insanlar COVID-19-a yoluxduqda ölümlə nəticələnə bilər. Hər iki xəstəlik hava-damcı vasitəsilə yoluxur və insanlar öskürəndə və ya asqıranda yayılır.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, hər il dünyada 10 milyona yaxın insan vərəm xəstəliyinə tutulur. Bu xəstəlik dünyada ölümün ilk 10 səbəbindən biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, xəstəlik yalnız 2018-ci ildə 1,5 milyon insanın ölümünə səbəb olub.

 

ABŞ-ın San Dieqo Dövlət Universiteti Xalq Sağlamlığı Məktəbinin professoru, genom mütəxəssisi və vərəm tədqiqatçısı Faramarz Valafar bildirib ki, insanlar xəstələnəndə gizli vərəmlə yanaşı, həm də SARS-CoV-2 virusunu başqalarına yoluxdura bilərlər. 

 

F.Valafar vərəmin qarşısını almaq üçün COVID-19-lu insanlara vərəmlə yoluxmuş xəstələrə tətbiq olunan antibiotik verilməsini tövsiyə edir.

 

"Vərəmə inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrdə daha çox rast gəlinsə də, digər ölkələr bu xəstəliyə ciddi yanaşmasa və ya onu nəzarət altına götürməsə, bu xəstəlik COVID-19 epidemiyası kimi bütün dünyada yayıla bilər", - deyə mütəxəssis qeyd edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub