Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri müzakirə edilib
24.10.2022 10:46

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələrinin, 200-dən çox mütəxəssisin əyani, 500-dən çox mütəxəssisin distant iştirak etdiyi konfransda "Beyin ölümü diaqnozunun təyin edilməsi”, "Beyin ölümü diaqnozunun orqan və toxuma transplantasiyası işinin təşkilində əhəmiyyəti” və "Orqan bağışlanması və transplantasiyası işinin sosial-ictimai aspektləri” mövzularında panellər təşkil olunub.

Konfransda iştirak edən Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağı-zadə diskussiyalar zamanı  qeyd edib ki, hələ 2000-ci ildən mərhum akademik Adilə Namazovanın rəhbərliyi ilə hazırlanmış və ATU-nun tədris proqramına daxil edilmiş “Tibbi biotekanın əsasları” fənnində “Beyin ölümü Harvard kriteriyaları” mövzusu geniş tədris olunur.

 

Assosiasiyasının rəhbəri bildirib ki, Azərbaycanda biotibbi etikanın müxtəlif aspektlərinə böyük diqqət yetirilir, onun rəhbərliyi ilə tibbi etika üzrə tədris proqramı təkmilləşdirilib, bu sahəyə dair elmi əsərlər nəşr edilib. Onun sözlərinə görə, 2000-ci ildən etibarən ölkəmizdə tibbi bioetikanın elmi istiqamət olaraq tibb təhsilinə inteqrasiyasına nail olunur və dünya təcrübəsindən, beynəlxalq əməkdaşlıqdan faydalanaraq tibbi bioetikanın tədrisini müvəffəqiyyətlə həyata keçirmək istiqamətində müvafiq addımlar atılıb. Sözügedən proqram dəfələrlə UNESCO-nun tədbirlərində (11-ci sessiyasında, skrininq layihələrində), MDB Parlamentlərarası Assambleyasında, Ombudsmanların X Bakı Beynəlxalq Konfransında, Bakıda keçirilən beynəlxalq humanitar forumlarda müzakirə olunub və dəstəklənib.

Təranə Tağı-zadə beyin ölümünün təsdiqinin orqan nəqli üçün mühüm amil olduğunu qeyd edib. O, bildirib ki, belə hallarda iki həkimlə, yəni bir xəstəni xilas etməyə çalışan reanimatoloq və digər xəstəni xilas etmək üçün beyin ölümü keçirən xəstədən orqan almağı gözləyən transplantoloq arasında ziddiyyət yaranır: “Belə münasibətlərin tənzimlənməsi üçün müxtəlif dövlətlərdə fərqli təcrübələr mövcuddur. Bu baxımdan, həm mənəvi öhdəlik, həm də beynəlxalq hüquqi bazaya əsaslanmaq zəruri şərtlərdir. Ölkəmizdə də bu sahəyə aid müəyyən beynəlxalq standartlar və konvensiyalar qəbul edilib. Nəticədə beynəlxalq qayda və standartlara Azərbaycan variantı elə adaptasiya olunmalıdır ki, orqan köçürülməsi prosesi insan hüquqları pozulmadan həyata keçirilsin.

O, bu yöndə bir qrup alimlə elmi-sosioloji tədqiqatlar apardığını da vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib