Balakən rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
22.10.2022 18:56

21 oktyabr 2022-ci il tarixində Balakən rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, aksiya talassemiyadan əziyyət çəkən xəstələrin qanla təminatına yardım məqsədi daşıyır.

 

Aksiya Bakı Mərkəzi Qan bankının təşkilatçılığı ilə həyata keçirilib. Ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti öncədən müəyyən olunub, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

 

Toplanan qan nümunələri laboratoriyada yoxlanıldıqdan sonra müvafiq olaraq Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

 

Xəstəxana işçilərindən 72 nəfər qanvermədə iştirak edib. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

 

Qeyd edək ki, aksiyanın keçirilməsində Balakən rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva, direktorun inzibati məsələlər üzrə müavini Təranə Rəhimova, baş həkim Əfsələddin Buğayev yaxından iştirak ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır