ATU ilə Qazi Universiteti arasında əməkdaşlıq yeni formata keçir
25.09.2020 13:06

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri türkiyəli müəllimlərin “Tibb bacısı” ixtisası üzrə onlayn dərslərinə qoşulacaq.

 

Türkiyənin Qazi Universiteti və ATU-nun rektorlarının iştirakı ilə vebinar keçirilib. Onlayn görüşdə iki ali məktəb arasında əməkdaşlıq, pandemiya dövründə fəaliyyətin əlaqələndirilməsi, birgə layihələrin təşkili barədə fikir mübadiləsi aparılıb.

 

İclasda ATU-nun rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi müəssisədə Türkiyədən 775 nəfərin təhsil aldığını bildirib: “Onlardan 754-ü tələbə, 21-i isə rezidentdir. Həmçinin universitetimizlə Türkiyənin 23 universiteti arasında anlaşma memorandumu var. Bu sazişlər çərçivəsində bir çox sahələr üzrə qarşılıqlı fəaliyyət həyata keçirilir, birgə işlər görülür”.

 

G.Gəraybəyli qeyd edib ki, ATU və Qazi Universiteti arasında da anlaşma memorandumu imzalanıb. Yaxın zamanlarda bu sənədin şərtlərinin yenilənməsi planlaşdırılır. Rektor əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görülür. ATU-nun Qazi Universiteti ilə yenidən imzalayacağı memorandum çərçivəsində görüləcək işlər bu proqramın tələblərinə uyğun olacaq.

 

Qazi Universitetinin rektoru, professor Musa Yıldız Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib: "Bu il ATU-da ilk dəfə olaraq “Tibb bacısı” ixtisası üzrə təhsilə start verilir. Qazi Universitetində artıq neçə illərdir ki, eyni ixtisas üzrə tədris mövcuddur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”.

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli ATU-da yeni açılan “Tibb bacısı” ixtisası üzrə təhsilin tədrisində Qazi Universitetinin təklif etdiyi proqramı yüksək dəyərləndirib. O, sözügedən ixtisas üzrə dərslərin həkimlər tərəfindən aparılacağını qeyd edib. N.Məmmədli yekunda iki universitet arasında ikili diplom proqramının hazırlanmasının nəzərdə tutulduğunu deyib.

 

Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova isə çıxışında iki ölkə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ikitərəfli əlaqələrin yüksələn xəttlə davam etdiyini söyləyib. O, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov, İKT şöbəsinin müdiri Rəmzi Əliyev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Qazi Universitetinin Sağlıq elmləri fakültəsinin dekanı, professor Bülent Elbasan, Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan, Diş həkimliyi fakültəsinin dekanı, professor Kahraman Güngör də iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib