TƏBİB: Ucqar kəndlərdə tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılır  
21.10.2022 12:18
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində TƏBİB-in tabeliyində olan Qazax, Samux, Ağdaş və Lerik rayonlarında fəaliyyət göstərən tibb müəssisələrilə bağlı 3 layihə üzrə qrant müqavilələri imzalanıb.
 
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, qrant müqavilələrin imzalanması Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyində səfir Vada Cüniçi ilə benefisiar təşkilat nümayəndələri arasında həyata keçirilib. İmzalama tədbirindən sonra təşkilat nümayəndələri ilə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi arasında aparılan müzakirələr zamanı səfir Cüniçi növbəti layihələrin daha geniş sahələri əhatə edəcəyini bildirib.
 
Layihələrin məqsədi ucqar bölgələrdə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və səhiyyənin əlçatanlığının təmin edilməsidir.
 
Birinci layihə çərçivəsində Qazax rayonunun Yuxarı Salahlı və Samux rayonunun Poylu kənd tibb məntəqələrinə təcili tibbi yardım üçün nəzərdə tutulan “Mitsubishi” pikap avtomobilləri veriləcək.
 
Qazax və Samux rayon mərkəzi xəstəxanalarının hər biri veriləcək təcili tibbi yardım avtomobillərini heyətlə təmin edərək sözügedən kənd tibb məntəqələrinə təhkim edəcək.
 
İkinci layihədə Ağdaş rayonunun Aşağı Nemətabad kəndində bir mərtəbəli ailə sağlamlıq mərkəzinin (148㎡) inşa edilməsi ilə Aşağı Nemətabad kəndi və ətraf 6 kəndin (Yuxarı Nemətabad, Qobuüstü, Aşağı Qobuüstü, Qəribli, Hacılar, Yenikənd) əhalisinin tibbi xidmətdən faydalanması üçün əlçatan edəcək. Layihə icra olunduqdan sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanası sözügedən Ailə Sağlamlıq Mərkəzini tələbə uyğun işçi heyəti və ləvazimatla təmin edəcək.
 
Üçüncü imzalanan layihə çərçivəsində isə Lerik rayonunun Soru kəndində inşa ediləcək tibb məntəqəsi (117㎡) Soru kəndi və ətraf iki kəndin (Ərdəbilə və Camaşəir) sakinləri üçün tibbi xidmət göstərə biləcək. Yeni tikiləcək tibb məntəqəsində müayinə, vaksinasiya, ginekoloji və pediatriya otaqlarının olması nəzərdə tutulur və Lerik Rayon Mərkəzi Xəstəxanası bu məntəqəni də tələbə uyğun işçi heyəti və ləvazimatla təmin edəcək.
 
Qeyd edək ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədiilə təhsil, səhiyyə, ictimai sağlamlıq, kənd təsərrüfatı və s. kimi sahələrdə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır