Çiyələk saplaqlarının bilmədiyimiz FAYDALARI
25.09.2020 11:24

Çiyələk ən dadlı və faydalı giləmeyvələrdən biridir. Onu yeyəndə biz adətən saplaqlarını atırıq.

 

Lakin xalq təbabətində çiyələk saplaqları çox faydalı müalicəvi vasitə sayılır.

 

Kimyəvi tərkibə görə çiyələk saplaqları heç də giləməyvələrdən geri qalmır. Onların tərkibində vitaminlər (xüsusilə C vitamini), minerallar, antioksidantlar və s. faydalı maddələr var.

 

Çiyələk saplaqlarını açıq havada qurudun və müalicəvi vasitə kimi istifadə edin. 15 çiyələk saplağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və çay kimi içilir. Həmçinin çiyələk saplaqlarını adi və ya yaşıl çaya əlavə etmək olar.

 

Çiyələk saplaqlarının aşağıdakı faydalı müalicəvi xüsusiyyətləri var:

- vitamin və mineralların mənbəyidir;

-  iltihabəleyhinə təsir göstərir;

- mikrobları öldürür;

- sidik və ödqovucu təsir edir;

- təzyiqin tənzimlənməsinə kömək edir;

- soyuqdəymə və qrip zamanı xəstənin vəziyyətini yüngülləşdirir, tərlədir;

- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub