ÜST-nin müstəqil missiyası ölkəmizdə əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfər edib
20.10.2022 10:27

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə müstəqil missiyası əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfər edib.

 

Səfər çərçivəsində Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə birlikdə Lənkəran, Biləsuvar və Sabirabad rayon mərkəzi xəstəxanalarına, Gigiyena və Epidemiologiya mərkəzlərinə, kənd tibb məntəqələrinə, eyni zamanda ağcaqanadların təbii çoxalma ərazilərinə baxış keçirilib.

 

Səfər olunan müəssisələrdə rəsmi və texniki görüşlər olub, malyariyanın profilaktikası və nəzarəti üzrə mövcud mexanizmlər və sertifikatlaşdırılma üçün hazırlanmış sənədlər yoxlanılıb, laboratoriya, yoluxucu xəstəliklər, epidemiologiya şöbələrinin işi nəzərdən keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır