Regionlarda ürək-damar xəstəlikləri və onların profilaktikası ilə bağlı müzakirələr aparılıb
19.10.2022 23:08

Biləsuvar Ailə Saglamlıq Mərkəzində “Pediatrik Kardiologiya və Revmatologiya" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ürəkləri qoruyaq” – Regionlarda ürək-damar xəstəlikləri və onların profilaktikası" mövzusunda maarifləndirmə adlı layihənin ilk tədbiri keçirilib.

 

Biləsuvar sakinlərinin, ürək qüsurlu vətəndaşların və uşaqların valideynlərinin iştirak etdiyi tədbirdə çıxış edən Biləsuvar İlkin Səhiyyə Xidmətinin (Ailə Saglamlıq Mərkəzinin) şöbə müdiri Yusif Mürsəlov layihənin mövzusunun aktual olduğunu qeyd edib.

 

Daha sonra layihənin rəhbəri, "Pediatrik Kardiologiya və Revmatologiya" İctimai Birliyinin sədri Sveta Rəfiyeva layihə və mövzu barədə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Bildirilib ki, layihənin məqsədi ürək-damar sistemi xəstəlikləri riski olan əhali qrupunu və ürək qüsuru olan uşaqların valideynlərino bu xəstəliklər, onların profilaktikası barədə məlumatlandırmaqla, yerlərdə əhalinin sağlamlığının yaxşılaşmasına qismən də olsa nail olmaq, xəstəliklərin qarşısını almaq və xəstəliklərə nəzarət etməklə insan potensialının inkişafına sosial-iqtisadi baxımdan yardımçı olmaqdır.

 

Layihə 9 rayonu - Şamaxı, Agdaş, Biləsuvar, Şirvan, Astara, Lənkəran, Gədəbəy, Şəmkir, Kürdəmir rayonlarını əhatə etməklə 3 ay müddətində (1 sentyabr-1 dekabr 2022-ci il) icra ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır