“Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində müayinə və maarifləndirmə tədbirləri davam edir
19.10.2022 21:36

Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda həyata keçirilən profilaktik müayinə və maarifləndirmə tədbirləri Şirvan şəhərində davam etdirilib.

 

Layihə üzrə “Süd vəzisi xəstəliklərinin müasir müayinə və müalicəsi“mövzusunda Şirvan şəhərində elmi-praktik konfrans təşkil olunub. Konfransda Milli Onkologiya Mərkəzinin mütəxəssisləri və Şirvan şəhəri, Hacıqabul, Salyan, Sabirabad, Saatlı rayonlarında çalışan 70 nəfərə yaxın onkoloq, ginekoloq, terapevt, uroloq və cərrah iştirak edib.

 

Tədbirin açılışında Milli Onkologiya Mərkəzi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Regional İnkişaf” İctimai Birliyi nümayəndələri çıxış edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən, əldə olunan nəticələrdən, o cümlədən onkoloji xəstəliklərlə mübarizə və bu mübarizədə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır. Regionlarda davamlı olaraq aparılan onkoloji müayinə və maarifləndirmə aksiyaları da bu məqsədə xidmət edir.

 

Daha sonra mütəxəssislərin “Süd vəzisi xəstəliklərinə müasir yanaşma”, “Süd vəzisi xərçənginin onkoplastik və rekonstruktiv cərrahiyyəsi”, “Trofoblastik xəstəliklər”, “Süd vəzisi xərçənginin müasir müalicə prinsipləri” və digər mövzularda maraqlı təqdimat və məruzələri dinlənilib.

 

Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, layihə çərçivəsində Şirvan şəhərində “Hər kəs bilsin, həyat davam etsin!” devizi altında Milli Onkologiya Mərkəzinin həkimləri tərəfindən qadınlar arasında süd vəzisi xəstəlikləri üzrə profilaktik müayinələr aparılıb. Ümumilikdə 155-dən çox sakini əhatə edən müayinələrin nəticələri əsasında xəstəlik riski olanlar daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib, eyni zamanda, qadınlarla profilaktik söhbət aparılıb, yerində məsləhətlər verilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır