Ani ürək dayanması keçirən insana hansı müdaxilələri etmək lazımdır? - Həkim-kardioloq AÇIQLADI
17.10.2022 17:02

Mərkəzi Gömrük Hospitalının həkim kardioloqu Şəhla Ağayeva “Həkim məsləhəti” rubrikasında “Ani ürək dayanması keçirən insana hansı müdaxilələri etmək lazımdır?” sualını cavablandırıb. 

 

Həkim bildirib ki, kardiak arrest adlandırılan ürək dayanması ürək vurğularının anidən dayanmasıdır. Ürək dayanması ilə orqanizmdə qan dövranı dayanır. Bu vəziyyət insan orqanizmində orqan və toxumaların oksigensiz qalmasına gətirib çıxarır. Oksigen olmadıqda insan orqanizmi çox sürətli şəkildə həyati funksiyalarını itirməyə başlayır. Bu səbəbdən Təcili Tibbi Yardım, tibbi briqada gələnə qədər ani ürək dayanması keçirən şəxsi həyatda saxlaya bilmək üçün ilk dəqiqələrdə müdaxilə edilməsi son dərəcə önəmlidir. Çünki statistik göstəricilər heç bir müdaxilə edilmədən keçən hər dəqiqədə insanın həyatda qalma şansının 10-12% azaldığını göstərir. Yəni ani ürək dayanması olan şəxsə heç bir şəkildə müdaxilə edilməzsə 10 dəqiqənin sonunda təəssüf ki, artıq edilə biləcək bir şey qalmır. İlk dəqiqələrdə lazımi müdaxilənin edilməsi insanın həyatda qalma ehtimalını artırır.

 

Ş.Ağayevanın sözlərinə görə, bu zaman ilk olaraq huşun, tənəffüsün, nəbzin olub-olmaması nəzarət edilməlidir. Huşsuz, tənəffüssüz (və ya anormal tənəffüs), nəbzsiz olduqu anlaşıldığı zaman dərhal ətrafdan kömək istənilməli və Təcili Tibbi Yardım çağırılaraq müdaxiləyə başlanılmalıdır.

 

"İlk yardım qapalı ürək masajı ilə başlayır. Xəstə sərt bir yerdə uzadılmalı, ağızda yad cisim varsa xaric edilməli, hava yolunu açmaq üçün bir əl xəstənin alnına digər əlin iki barmaqı çənə sümüyünə yerləşdirilərək baş geri çənə yuxarı pozisiyası verilməli və ürək masajına başlanılmalıdır. Ürək masajı üçün döş sümüyünün alt və üst kənarı təsbit edilməli, alt yarısına bir əlin ovucu yerləşdirilməli,digər əl bu əlin üzərinə yerləşdirilərək,barmaqlar bir birinə kilitlənilməlidir".

 

Kardioloq əlavə edib ki, əllərin barmaqları döş qəfəsinə təmas etdirilmədən, dirsəklər bükülmədən, ovuc içi ilə döş sümüyü üzərində bədənə dik olacaq şəkildə 5-6 sm. dərinliklə basqılar edilməlidir. 30 dəfə basqıya qarşı 2 dəfə ağızdan-ağıza nəfəs verilməlidir. Bu basqılar dəqiqədə 100-120 basqı olacaq şəkildə tənzimlənməlidir. Bu müdaxilə xəstənin yaşam refleksləri və Təcili Tibbi Yardım gələnə qədər aralıqsız davam etdirilməlidir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Yüksək hərarət və tənəffüs yolu infeksiyası əlamətləri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə sağlamlığına qovuşub
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Göygöldə tibbi müayinə aksiyası: Rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib