Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi
14.10.2022 21:52

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) şöbəsi müalicəvi-profilaktik tibb müəssisəsidir.

 

Şöbə 1988-ci ilə kimi Təcili Yardım xəstəxanasının şöbəsi kimi, 1988-ci ildən sərbəst stansiya kimi fəaliyyət göstərib. İcbari Tibbi Sığortanın tətbiqilə əlaqədar 1 yanvar 2021-ci ildən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərir. 

 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi gündəlik fasiləsiz iş rejimində uzun illərdir ki, vətəndaşlara hadisə yerindən asılı olmayaraq keyfiyyətli təcili tibbi yardım göstərir. Məqsədi insanların sağlamlığı və həyat təhlükəsi olan hallarda, kəskin və xroniki xəstəliklərdə, qəfləti xəstəliklər baş verəndə, eləcə də istehsalat məişət zədələnmələrində, zəhərlənmələrdə, hadisə yerində (küçə, ev, ictimai yer, iş yeri), həmçinin xəstəxanaya gedən yolda tibb müəssisənə çatana kimi təcili və təxirəsalınmaz tibbi yardım göstərməkdir. Lazım gələrsə xəstələri, zərərçəkənləri xəstəxanalara, hamilə qadınları isə doğum evinə hospitalizasiya etməkdir.

 

Son dövrlər koronavirus kimi təhlükəli “düşmənlə” mübarizədə insanların ümid yeri olan tibb işçilərinin gördükləri işlər, çəkdikləri əziyyətlər hər kəsə məlumdur. Bu baxımdan, bu “müharibənin” ön cəbhəsində “döyüşən” təcili yardım xidmətinin tibb heyətinin zəhməti xüsusi qeyd olunmalıdır. Hələ COVID-19 virusunun ən ağır dövrlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifələrini fədakarlıqla yerinə yetiriblər. Şübhəli və kontaktlı xəstələrdən yaxmaların götürülməsində, həm bu xəstələrin, eyni zamanda digər xəstələrin xəstəxanalara daşınmasında, evdə klinik nəzarətdə olanlara yardım edilməsində gecə-gündüz yorulmadan xidmət göstəriblər.

 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşlarının 44 günlük Vətən müharibəsində də yaralıların xəstəxanalara, hərbi Hospitala daşınmasında, onlara ilkin tibbi yardım edilməsində fəal iştirakı danılmazdır. Onlar Vətən müharibəsində zaman, məkan, təhlükə bilmədən yaralı hərbçilərimizə vaxtında təcili yardım əlini uzadan briqadalardan biridir və onlar müxtəlif istiqamətlərdə yaralıların təxliyəsində iştirak ediblər.

 

Şöbə hazırda Gəncə şəhər Qara Namazlı 47 ünvanında fəaliyyət göstərir. Şöbənin 5 filialı var: Yeni Gəncə, Abbas Səhhət, Avtozavod, Bağmanlar və Poçt qəsəbəsi.


Ümumilikdə şöbədə 256 işçi çalışır ki, bunlardan da 70-i həkim, 108-i tibb bacısıdır. Şöbənin müdiri Namiq Nəbiyevdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır