Yod çatışmazlığı insan orqanizmində hansı fəsadlar törədir?
14.10.2022 14:52

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Ellada Hüseynova yod çatışmazlığının insan orqanizminə fəsadlarından bəhs edib.

 

Həkim bildirib ki, yod insan orqanizminin normal fəaliyyəti üçün vacib olan elementlərdən biridir. Yod bir sıra qidalarda təbii olaraq tapılan və orqanizmdə uzun müddət depolana bilməyən bir elementdir. Yod trioid hormonlarının (T4,T3) ayrılmaz hissəsidir. Yod qəbulu çox az olarsa hipotireoz, kretinizm inkişaf edə bilər.

 

Onun sözlərinə görə, dünyanın bəzi yerlərində torpaqlar yod baxımından kasad olduğundan bu bölgələrdə yaşayan insanların qida ilə kifayət qədər yod almaması ilə əlaqədar yod çatışmamazlığı meydana gəlir.

 

Orqanizmin tələb etdiyi gündəlik yod ehtiyacı insan yaşlandıqca dəyışir:
- körpələr (0-5 yaş) - gündə 90 mkq
- uşaqlarda (6-12 yaş) - gündə 120 mkq
- Yeniyetmələr və böyüklər - gündə 150 mkq
- hamiləlik və laktasiya dövründə - gündə 200-300 mkq

 

Endokrinoloq orqanizmdə yod çatmazlığına işarə edən əlamətləri də sadalayıb:
1. Çəkinin sürətlə artması
2. Zəiflik və yorğunluq
3. Saçların tökülməsi, dırnaqlarda qırılma
4. Dəri quruluğu
5. Daimə üşümə
6. Yaddaşın zəifləməsi
7. Qadınlarda qeyri-düzgün menstruasiya

 

Ellada Hüseynzadə orqanizmin yod ehtiyacını ödəmək üçün mütəmadi olaraq yodla zəngin qida məhsullarını (məsələn, dəniz məhsulları, süd və digər ağartı məhsulları, yumurta, yodlaşdırılmış duz, qara gavalı və s.) qəbul etməyin vacibliyi vurğulayıb.


"Diqqətdə saxlamaq lazımdır ki, güclü və xroniki yod çatışmazlığı qalxanabənzər vəzinin ölçülərinin böyüməsinə səbəb olur," - deyə həkim bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır