İSİM-in direktoru Gürcüstanda risk kommunikasiyası üzrə keçirilən görüşdə iştirak edib
13.10.2022 10:58
Gürcüstanın Tbilisi şəhərində 10-12 oktyabr 2022-ci il tarixdə “Səhiyyə sahəsində fövqəladə hallar zamanı ictimaiyyətlə əlaqələr və risk kommunikasiyası” mövzusunda görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, görüş Avropa İttifaqının təşəbbüsü ilə Şərq regionu tərəfdaşlarının altı ölkəsində (Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, Ukrayna və s.) keçirilən “Sağlamlıq naminə həmrəylik: COVID-19 pandemiyası problemlərinin həlli. Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində baş tutub. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər arasında keçirilən görüşün əsas məqsədi ölkələrdə risk kommunikasiyası və ictimaiyyətlə əlaqələr sahəsində həm qısa, həm də uzun müddətli dövr üçün prioritet tədbirləri müzakirə etmək, fövqəladə hallar zamanı ictimaiyyətlə əlaqələrin daha səmərəli qurulması istiqamətində iştrakçıların bilik və bacarıqlarının artırılması olub.
 
Azərbaycan nümayəndə heyətində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Qeyri Hökumət Təşkilatları və ÜST-nin nümayəndələri təmsil olunub.
 
Görüşdə iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev COVID-19 pandemiyası dövründə ölkəmizdə görülən işlər, səhiyyə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, geniş təqdimatla çıxış edərək, Azərbaycanda COVID-19 ilə bağlı davranış anlayışları: pandemiyaya qarşı adekvat cavab tədbirləri üçün biliyin, risk qavrayışlarının, profilaktik davranışların və etibarın monitorinqi üzrə ölkəmizdə aparılan tədqiqatdan söz açıb. Bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İSİM tərəfindən ÜST-nin dəstəyi ilə aparılan bu tədqiqatda sorğu vərəqindən istifadə etməklə məlumatlar kompüter vasitəsilə telefonla müsahibələr üsulu ilə yeddi mərhələ ərzində toplanaraq təhlil olunur. Q.Haqverdiyev nəzərə çatdırdı ki, bu nəticələr pandemiyaya qarşı cavab tədbirlərinin həyata keçirilməsinə öz töhfəsini verməklə yanaşı, həm də əhali arasında sağlamlığın qorunması ilə bağlı maarifləndirilmənin əhəmiyyətini bir daha təsdiq edir.
 
Görüşdə ölkə təcrübələri və yeni tövsiyələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib