İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub
24.09.2020 16:35

Sentyabrın 24-də İsrail hökuməti ölkədə COVID-19 infeksiyasına yoluxanların sayının artması səbəbindən ümummilli karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib.

 

“Haaretz” qəzeti xəbər verir ki, Nazirlər Kabineti səkkiz saatlıq müzakirələrdən sonra koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı bir sıra qərarlar hazırlayıb. Yeni məhdudiyyət tədbirlərinin sentyabrın 25-dən etibarən qüvvəyə minəcəyi və mümkün zəiflətmələrlə azı iki həftə qüvvədə qalacağı bildirilir.

 

“The Jerusalem Post” qəzeti isə öz növbəsində karantin tədbirlərinin mart ayında olduğundan daha sərt xarakter daşıyacağı barədə məlumat yayıb. Belə ki, hökumətin qərarına əsasən, sinaqoqlar, az əhəmiyyət kəsb edən müəssisələr və bazarlar bağlanmalı, ictimai nəqliyyatda marşrutların sayı azaldılmalıdır. Həmçinin iki metrlik sosial məsafəni qorumaq və insanların evlərindən yalnız bir kilometrə qədər uzaqlaşması şərti ilə etiraz aksiyalarında və küçə ibadətlərində ən çoxu 20 nəfərin iştirakına icazə veriləcək.

 

Pandemiyanın statistikasını aparan "Worldometer" saytının son məlumatına əsasən, İsraildə koronavirusa yoluxan insanların sayı 206 min 332 nəfərə, ölənlərin sayı isə 1335 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub