Yenidoğulanlarda ən çox rast gəlinən qüsurlar hansılardır?/MÜSAHİBƏ
10.10.2022 10:43
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, “Leyla Medical Center”də Yenidoğmuşlar və pediatriya şöbəsinin uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru, Op.Dr. Gündüz Ağayev uşaqlar arasında rast gəlinən cərrahi xəstəliklərlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb. Aztibb.az həmin müsahibəni təqdim edir.
- Ən çox hansı xəstəliklərlə bağlı sizə müraciətlər olunur?
- Müxtəlif xəstəliklərlə bağlı müraciətlər var. Ən çox uşaqlarda qəbizlik problemləri, qasıq yırtığı diaqnozu, xayaların patologiyası ilə bağlı müraciətlər olur. Həmçinin qida borusu patologiyası ilə bağlı müraciət edənlər də çoxdur.
- Qida borusu patologiyayalarından söz düşmüşkən, Azərbaycanda qida borusu qüsurları ilə doğulanlara rastlanma faizi necədir? Bu problem əməliyyatla tam olaraq aradan qaldırılırmı?
- Hər 4-5 min uşaqdan birində bu xəstəliyə rast gəlinir. Azərbaycanda hər il təxminən 30-35 belə xəstə olur. Əksər hallarda problemi cərrahi müalicə ilə həll etmək olur. Bəzi uşaqlarda yanaşı ağır qüsurlar da olur, yaxud vaxtından çox tez doğulubsa, belə problemlər çox yaranır. Ölüm faizi yüksək olur. Amma əksər hallarda problemi həll etmək olur və uşaqlar sağalırlar.
- Qida borusu qüsurları dedikdə nə başa düşülür?
- Qüsur dedikdə anadangəlmə inkişaf qüsurları başa düşülür. Bətndaxili inkişaf dövründə hansısa bir səbəbdən orqanın formalaşması pozulur, ona görə də qüsur meydana çıxır.
- Yenidoğulmuş uşaqlarda cərrahi müdaxilə vacib olan hansı patologiyalara rast gəlinir?
- Yenidoğulanlarda ən çox rast gəlinən qüsurlar qida borusunun, bağırsaqların atreziyalarıdır. Bunlar anadangəlmə qüsurlardır. Başqa qüsurlara nisbətən az rast gəlinir. Qida borusunun atreziyasının müalicə faizinə görə, müalicə olunan xəstələrin sayına görə, ölkələrdə uşaq cərrahiyyəsinin inkişaf səviyyəsini müəyyən etmək olar. Sağalma faizi nə qədər çoxdursa, demək uşaq cərrahiyyəsi bir o qədər yaxşı inkişaf edib. Uşaq cərrahiyyəsi dedikdə təkcə cərrahları nəzərdə tutmuruq. Çünki bu uşaqları tək müalicə etmək mümkün deyil. Burada komanda olmalıdır: uşaq cərrahı, reanimatoloq, anestezioloqun üçünün bir yerdə işi olmalıdır ki, uşalar sağalsınlıar. Tək əməliyyat eləməklə iş qurtarmır. Yüksək səviyyədə reanimasiya, intensiv terapiya olmalıdır, anesteziologiya xidməti olmalıdır. Həmçinin başqa xidmətlər də olmalıdır, çünki uşaqlarda həmin problemlə yanaşı qüsurlar da ola bilər. Ən çox rast gəlinən qüsur ürək qüsurlarıdır.
- Qeyd etdiniz ki, qida borusunun atreziyası xəstəliyinin müalicə faizinə görə ölkələrdə uşaq cərrahiyyəsinin inkişaf səviyyəsini müəyyən etmək olar. Ölkədə bu sahədə vəziyyət necədir?
- Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci ildə verdiyi məlumata görə, Azərbaycan 200-dən çox dövlət arasına neonatologiyanın inkişaf sürətinə görə 9-cu yeri tutur. Yəni neonatologiya, yenidoğulmuşlara xidmət bizdə sürətlə inkişaf edir. Bizdə bu istiqamətdə çox böyük işlər görülüb, nəticələr də get-gedə çox böyük sürətlə yaxşılaşır. Təxminən 15 il əvvəl qida borusundan ölüm faizi az qala 99 faiz idi. Bir faiz də gedib Moskvada, Leninqradda sağalırdı. İndi bu təxminən 50 faizdən yuxarıdır.
- Elə xəstəliklər varmı ki, əvvəllər onun cərrahi həlli yox idi, ölümlə nəticələnirdi, artıq müasir tibbdə onu əməliyyatla aradan qaldırmaq olur?
- Uşaqlar arasında elə xəstəliklər var idi ki, onlar cərrahi əməliyyat olunurdular, amma çox yüksək ölüm faizi olurdu. Təxminən 60-cı illərdən - neonatologiya inkişaf etdikdən sonra sağalma faizi sürətlə yüksəlməyə başladı. Problemlər çoxdur, elə qüsurlar ki, hazırda ölüm faizindən o qədər də söhbət getmir. Çünki əgər müştərək ağır qüsurları yoxdursa, xəstələrin böyük əksəriyyəti sağ qalırlar. İndi söhbət həyat keyfiyyətindən gedir. Gələcəkdə həmin xəstə necə yaşayacaq, sosial uyğunlaşma gedəcəkmi?
Düz bağırsaqda anusun inkişaf qüsurları, qızlarda uşaqlığın inkişaf qüsurları və s. belə xəstəliklərdəndir. Uşaqların böyük əksəriyyəti sağ qalırlar. Söhbət ondan gedir ki, gələcəkdə həmin orqanların funksiyası necə olacaq. Normal həyat tərzi keçirəcəklərmi, məktəbə, instituta gedə biləcəklərmi? Evlənə biləcəklərmi?. Hər sahədə olduğu kimi tibb də sürətlə inkişaf edir. Yəqin ki, yeni üsullar da çıxacaq və bu məsələlər də öz həllini tapacaq.
- Doktor, sizin elmi cərrahiyyə jurnallarında məqalələriniz çap olunur. Bu barədə də məlumat vermənizi istərdik.
- “Cərrahiyyə” jurnalında çap olunan axırıncı məqaləm qida borusunun atreziyası ilə bağlıdır. Orada 240-a yaxın xəstənin müalicə nəticələrinin təhlili və ədəbiyyat məlumatlarına əsasən, müasir dövrdə bu patologiyanın cərrahi əməliyyatında hansı meyillərin olmasına həsr olunub. Hansı təzə prinsiplərin yarandığı, qida borusunun atreziyasında müasir dövrdə olan yeniliklərdən söhbət açılır. Çünki texnologiyalar inkişaf elədikcə, təkcə müalicə sahəsində yox, həm də müalicənin keyfiyyətinin və nəticəsinin qeydiyyatının və təhlilinin səviyyəsi də yüksəlib. Həmin təhlillər əsasında əvvəllər doqma kimi qəbul olunmuş prosedurlar indi şübhə altına alınır. Yaxud da bir neçə üsuldan hansının daha üstün olması göstərilir.
Bu bölməyə aid digər xəbərlər
Təyyar Eyvazov: "Hepatit B virusunu tamamilə bədəndən yox etmək hələlik mümkün deyil"
30.10.2026 | 12:22
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
26.10.2026 | 14:14
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
26.10.2026 | 15:43
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

