Ağdamda minaya düşərək xəsarət alan şəxslər Bakıya gətirilir
09.10.2022 14:44

Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan hər iki şəxs müalicə aldığı xəstəxanadan təcili tibbi yardım maşınları vasitəsilə Bakıya gətirilir.

 

Oktyabrın 8-də Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan- 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu Bərdə Diaqnostika Mərkəzindən təcili tibbi yardım briqadasının həkimlərinin nəzarəti altında Bakıya, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilir.

 

Onların vəziyyəti orta-ağır olaraq qaldığı bildirilir.

 

Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində təmizlənməmiş ərazidə, müəyyən olunan marşrutdan kənarda baş verib.

 

Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır