Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının ağ xalatlı qəhrəmanı - AQŞİN İSMAYILOV
07.10.2022 11:40

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Maliyyə şöbəsinin Hesabatlar bölməsinin müdiri  Aqşin İsmayılov Vətən müharibəsi başlanan gündən icra etdiyi vəzifəsini təhvil verib ön cəbhəyə yollanıb. İlk olaraq, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi, İnci çay ətrafında hərbi yürüşlərə başlayıb, düşmənlə üz-üzə mübarizəyə qatılıb.

 

82 mm-lik minaatan batareyada tağım komandiri olan leytenant Aqşin İsmayılov qələbə əzmi ilə Talış kəndi ətrafındakı yüksəkliklərdə, Suqovuşan istiqamətində, Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şücayət göstərib.

 

Azərbaycan Milli Ordusunun düşmən üzərinə yeritdiyi hər hücümdan qələbə qazanan qəhrəmanımız qələbəni mədəniyyət mərkəzi Şuşada qarşılayıb. Bütün çətinliklərə baxmayaraq üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələn Aqşin İsmayılova Vətən müharibəsi bitdikdən sonra baş leytenant rütbəsi verilib.

 

Mingəçevir ŞMX-nın fəxri Aqşin İsmayılov “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır