Duzdağ Fizioterapiya Mərkəzi postCOVID sindromlu xəstələrin müalicəsində əsas reabilitasiya mənbəyi hesab olunur
06.10.2022 23:02

Naxçıvan Dövlət Universitetində “Tibbin aktual problemləri: postCOVID sindromun spleoterapiyası” adlı elmi-praktik konfrans keçirilib.

 

Konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikaya bir neçə dəfə gələn, burada tibb təlimlərində iştirak edən tanınmış alimlərimiz Lalə Allahverdiyevanın və Təranə Tağızadənin tibbi araşdırmalarını elmə böyük töhfə kimi qiymətləndirib.

 

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, səhiyyə turizmi dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır və bu sahədə əsas obyektlərdən olan Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və bir sıra müalicəvi bulaqlar muxtar respublikanın vizit kartı hesab oluna bilər.

 

Tədbirdə Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, professor Lalə Allahverdiyeva “Duzdağ Fizioterapiya Mərkəzində postCOVID sindromunun reabilitasiya müalicəsi” mövzusunda çıxış edib. Alim COVID-19 pandemiyasından sonra xəstələrdə postCOVID sindromunun müşahidəsi halları və bu xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə ətraflı məlumat verib.

 

Məruzəçi qeyd edib ki, müalicə kurslarının sonunda xəstələrin əksəriyyətində əhvalın yaxşılaşması, laborator müayinələrin nəticələrində və psixo-emosional vəziyyətdə pozitiv dəyişikliklər müşahidə edilib.


“Azərbaycanda tibbi bioetikanın tarixi və inkişafı” mövzusunda çıxış edən Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə məruzəsində tibbi təhsil sistemində bioetikanın tədrisi təcrübə və perspektivləri barədə danışıb. Bioetika, normativ etika və deontologiya anlayışlarının elmi izahını verən məruzəçi insanlığın müasir dünyada yaşaması üçün potensial təhlükələr ilə əlaqəli olan etik problemləri diqqətə çatdırıb.

 

Konfransda Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin üzvlərindən Mətləb İbrahimov, Elmar Rzayev, Gültəkin Əliyeva, Nüsrət Həsənov, Etibar Bababəyli və digərləri əldə etdikləri yenilikləri iştirakçıların diqqətinə çatdırıblar.

 

Naxçıvan Dövlət Universitetinin “tədqiqatçı universitet” statusuna iddialı olduğunu vurğulayan rektor Elbrus İsayev bu sahədə tədqiqatçı alimlərin dünya təcrübəsinə əsaslanan araşdırmalarının mühüm rol oynadığını, tibb təhsilində davamlı inkişafın zəruri olduğunu qeyd edib.

 

Tədbirdə tibb sahəsində perspektiv inkişaf istiqamətləri, elm sahəsindəki yeniliklər, yeni yanaşmalar və yeni elmi faktlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır