Azərbaycanlı həkim beynəlxalq elmi arenada İLKƏ imza atıb
05.10.2022 16:12

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev  beynəlxalq elmi arenada bir ilkə imza atıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə N.Abdullayev “Facebok” sosial şəbəkəsində məlumat paylaşıb:

 

“Böyük qürur hissi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifi və ideya sahibi olduğum iki yeni elmi tədqiqat işi Almaniyanın Kassel şəhərində keçiriləcək Almaniya Neyroradioloji Cəmiyyətinin 57-ci Konqresində təqdim olunacaq. Tədqiqatlardan biri beyin insultları zamanı icra etdiyimiz əməliyyatların nəticəsinin optimallaşdırılması istiqamətində aparılıb. Belə ki, əməliyyatı icra edən cərrahın əməliyyatın fərqli saatlarındakı xüsusi psixoloji vəziyyətinin əməliyyatın nəticəsinə birbaşa əlaqəsi sübut edilmişdir. Digər tədqiqat isə beyin damarlarının anevrizmasının partlaması ilə əlaqədardır".

 

Həkim təklif etdiyi hipotezin tədqiqat nəticəsində öz sübutunu tapdığını nəzərə çatdırıb:

 

"Belə ki, sümük sıxlığının beyin anevrizmalarının partlamasındakı xüsusi rolu sübut edilir. Hər iki elmi tədqiqat beynəlxalq elmi arenada neyroradiologiya sahəsində iki fərqli istiqamət və yeni elmi araşdırma yolu açır ki, bu da elmə dəyər verən cəmiyyətlərdə misilsiz uğurlardan hesab edilir".

 

N.Abdullayev bu uğurun təkcə Azərbaycan tibb tarixində deyil, eləcə də beynəlxalq elmi arenada bir ilk olduğunu vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib