ATU-nun məzunu Fransanın universitetində işə qəbul edilib
24.09.2020 12:34

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin məzunu, əczaçılıq üzrə fəlsəfə doktoru Elnur Qarayev Fransanın nüfuzlu Eks-Marsel Universitetinin “Farmakoqnoziya və etnofarmakologiya” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.


Qeyd edək ki, 80 min tələbənin təhsil aldığı bu universitet beynəlxalq reytinqinə görə dünyanın ən yaxşı ali məktəblərinin sırasına daxildir.

 

E.Qarayev ATU-nun Əczaçılıq fakültəsininin bakalavr (2011) və magistr (2013) pillələrini bitirib və ikinci magistr təhsilini Fransada davam edib. 2017-ci ilin dekabrında “İnula montana (Dağ andızı) bitkisinin fitokimyəvi və farmakoloji tədqiqi“ adlı dissertasiya işini müdafiə edərək Fransa Eks-Marsel Universiteti tərəfindən əczaçılıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. E.Qarayev bu il Eks-Marsel Universiteti tərəfindən elan olunmuş müəllim vakansiyası üzrə işə qəbul müsabiqəsində iştirak edərək iddiaçılar arasında birinci yer tutub və “Farmakoqnoziya və etnofarmakologiya” kafedrasına müəllim-tədqiqatçı vəzifəsinə qəbul edilib.

E.Qarayev (h-index 4) bəzi məqalələri nüfuzlu “Elsevier” (Hollandiya) mətbu orqanınına daxil “Fitoterapiya” və “Flora” kimi yüksək impakt faktorlu elmi jurnallarda çap olunmaqla 30-a qədər elmi işin müəllifidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır