COVID-19 böyrək zədələnməsinə səbəb olur? - Araşdırma
24.09.2020 10:54

Miçiqan Universiteti tədqiqatçıları tərəfindən aparılan araşdırma COVID-19 xəstələrinin böyrək zədələnmə riski ilə qarşılaşa biləcəyini aşkara çıxarıb.

 

Aztibb.az mediamagazin.com.tr-yə istinadla xəbər verir ki, "Journal of the American Society of Nephrology"də dərc olunan tədqiqatın nəticələri COVID-19 xəstələrinin üçdə birindən çoxunun dializə ehtiyacı olduğunu göstərir. Tədqiqat qrupu COVID-19 xəstəxanasına yerləşdirilən 352 iştirakçının böyrək zədələnməsinə səbəb olduğu bilinən suPAR (Soluble urokinase plasminogen activator) səviyyələrini yoxlayıb. İştirakçıların dörddə biri xəstəxanada müalicə müddətində kəskin böyrək zədələnməsi alıb və orta suPAR səviyyəsi iştirakçıların qalan hissəsindən 60 faiz yüksək olub. Ən yüksək suPAR səviyyəsinə malik xəstələrin dializə ehtiyacı 20 dəfə çox olub.

 

Ümumiyyətlə, ağır COVID-19 səbəbi ilə xəstəxanaya yerləşdirilən iştirakçıların orta suPAR səviyyəsi sağlam insandan 3 dəfə çox olur.

 

Miçiqan Universitetinin kardiologiya üzrə professoru Salim Hayek COVID-19 xəstələrində suPAR səviyyəsinin müəyyən olunmasının erkən diaqnoz üçün son dərəcə vacib amil olacağını vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub