“Heyətimiz və ambulansımız ilə dövlətimizin yanındayıq” - Özəl klinikadan təqdirəlayiq təşəbbüs
24.09.2020 11:14

“Biz öz həkim heyətimiz və ambulansımızla cəhbədə dövlətimizə dəstək olmaq üçün hazırıq və bu barədə aiddiyatı qurumlara müraciət ünvanlamışıq”.

 

Bu barədə Bioloji Təbabət Klinikalar şəbəkəsinin sədr müavini Qüdrət Yaqubov məlumat verib.

 

Qüdrət Yaqubov qeyd edib ki, hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə bütün qüvvələrini səfərbər etməlidir:

 

“Son 15 ildə ölkəmizdə bir çox yeni xəstəxanalar tikilmiş, mövcud xəstəxanalar təmir olunmuş və müasir tibbi avadanlıqlar ilə təchiz edilmişdir. Dövlət səhiyyə müəssisələri ilə yanaşı özəl tibb mərkəzlərinin də sayı xeyli artmışdır. Biz Bioloji Təbabət Klinikaları Şəbəkəsi olaraq hər zaman dövlətimizin yanındayıq. Hesab edirik ki, COVID-19 pandemiyası geniş yayıldığı dövrdə və Ermənistanın təcavüzkar addımları ilə işğalçılıq siyasətindən əl çəkməyərək dövlət sərhədimizə qarşı etdiyi terrorçu yanaşması fonunda hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə, bütün qüvvələrini torpaqlarımızın azad olunması və qorunması üçün əsirgəməməli və səfərbər etməlidir. Bioloji Təbabət Klinikalar şəbəkəsi olaraq öz təcili və təxirəsalınmaz texnikamız (ambulans), həkim heyətimiz və bütün mümkün imkanlarımızla dövlətimizə dəstək olmağa hazırıq. Dövlətimizin ön cəbhəsi kimi arxa cəbhəsi də güclüdür və hər zaman əsgərlərimizin yanındayıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır