Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacıları üçün təlimlər keçirilir
01.10.2022 09:52

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacılarının vəzifələrini daha dolğun icra etmələri məqsədilə təlimlər keçirilir.

 

Xəstəxananın baş tibb bacısı Humay Sadıqova təlim iştirakçılarına tibbi prosedurların yerinə yetirilməsi, xəstələrə hər cür psixoloji yardımın göstərilməsi, tibbi sənədlərin qeydi, xəstələrin vəziyyətinin monitorinqi, xəstələrə dəstək, xəstələrin qeydiyyatı, dərman vasitələrinə nəzarət uçotu funksiyalarının icra edilmə üsulları barədə məlumat verib.

 

Xüsusilə müasir dövrdə tibb bacısının peşəsinin daha önəmli və məsuliyyətli peşələrdən biri olduğunu diqqətə çatdıran baş tibb bacısı bu peşədə çalışan işçilərə qoyulan tələblər həkimlərdən heç də az olmadığını qeyd edib: "Tibb bacılarının peşəkar fəaliyyətinə bilik və bacarıqla yanaşı, şəxsi keyfiyyətlər də daxildir. Ona görə də həssas, nəzakətli, ünsiyyətcil, məsuliyyətli və fədakarlıq nümayiş etdirən tibb bacıları pasiyentlərin müalicəsində daha müsbət nəticələr əldə edə bilirlər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır