“Aviqan” dərmanı ilə koronavirusun müalicəsinin səmərəli olduğu təsdiqlənib  
24.09.2020 08:52

Yaponiyada qripə qarşı “Aviqan” dərmanının istehsalçısı olan şirkət kliniki sınaqlardan sonra, bu dərmanın COVID-19-a yoluxmuş xəstələrin müalicəsi zamanı da səmərəli olduğunu bəyan edib.

 

Aztibb.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin dərman “Fujifilm Holdings” korporasiyasına daxil olan “Fujifilm Toyama Chemical” şirkəti tərəfindən hazırlanıb.

 

Korporasiyadan bildiriblər ki, COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün hökumətə müraciət etməzdən əvvəl, bu virusa yoluxmuş 20 yaşdan 74 yaşadək 156 nəfər üzərində müşahidələr aparılıb. Sınaqlar zamanı həmin dərmanın təhlükəli olması ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.

 

Bildirilir ki, əvvəllər “Aviqan” dərmanının yarada biləcəyi narahatlıqlar arasında onun böyrəklərin və ciyərin fəaliyyətinə yan təsiri qeyd edilirdi.

 

Hazırda dərmanı hazırlayan şirkət oktyabrın əvvəllərindən başlayaraq, onun COVID-19-un müalicəsində istifadə olunması üçün hökumətə müraciət etməyi planlaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır