Qəhrəman qazi həkim POLAD QASIMOV
29.09.2022 12:25
Müharibənin ilk günlərindən cəbhə bölgəsinə yollanan, peşə borcunu qürurla yerinə yetirən qəhrəman həkim - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkim-reanimatoloqu Polad Qasımovdan danışacağıq.
 
Polad Mirzə oğlu Qasımov 28 sentyabr 1973-cü ildə Tərtər rayonunda anadan olub. 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1995-1996-cı illərdə Sumqayıt şəhər TTTYS-nın Reanimasiya şöbəsində internatura keçib. 1996-cı ildən Mingəçevir ŞMX-nın Anesteziologiya və Reanimasiya şöbəsində reanimatoloq vəzifəsində çalışır.
 
Polad həkim 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarındandır. O, Tərtər, Ağdərə, Suqovuşan uğrundə gedən döyüşlərdə tabor həkimi olaraq xidmət göstərib. İgid əsgərlərimizlə bərabər düşmənlə mübarizə aparan Polad Qasımov Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da 07 oktyabr 2020-ci ildə müalicə olunduqdan sonra yenidən döyüş mövqeyinə qayıdıb, Vətən borcunu yerinə yetirməyə davam edib və Qələbə əldə edənədək döyüşüb. Milli Ordunun qəhrəman oğulları ilə birgə düşmənə zərbələr endirən Polad həkim, eyni zamanda peşəsinə sadiq qalaraq yüzlərlə əsgərimizin yarasına məlhəm olub, həyatda qalması üçün əlindən gələni əsirgəməyib.
 
Polad Qasımov Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır